Nyu-York birjasında canlanma müşahidə olunub

Nyu-York birjasında canlanma müşahidə olunub Nyu-York Fond Birjasında əsas göstəricilər Amerika iqtisadiyyatını dəstəkləmək üçün yeni tədbirlər paketi ilə bağlı xəbərin fonunda zəif artım nümayiş etdirib.
Maliyyə
6 Fevral , 2021 06:00
Nyu-York birjasında canlanma müşahidə olunub

Nyu-York Fond Birjasında əsas göstəricilər Amerika iqtisadiyyatını dəstəkləmək üçün yeni tədbirlər paketi ilə bağlı xəbərin fonunda zəif artım nümayiş etdirib.

“Report”un məlumatına görə, “Dow Jones” sənaye indeksi 92,38 bənd artaraq 31 148,13 bəndə, “Standard & Poor 500” indeksi 15,09 bənd artaraq 3 886,83 bəndə, “Nasdaq” elektron birjasının indeksi də 78,55 bənd artaraq 13 856,30 bəndə yüksəlib.

WTI markalı neftin mart fyuçersləri 1,30 faiz bahalaşaraq 56,96 ABŞ dollarından, qızıl isə 1,13 faiz bahalaşaraq 1 811,50 ABŞ dollarından satılıb.

Son xəbərlər

Orphus sistemi