Noyabrda regionda yalnız Azərbaycan manatı dollar qarşısında bahalaşıb
Maliyyə
- 10 dekabr, 2020
- 08:50
Bu ilin noyabr ayında gürcü larisi ABŞ dollarına qarşı illik müqayisədə 10,3% ucuzlaşıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Büdcə Ofisinin hesabatında bildirilib.
Sənədə əsasən, ötən ayda Azərbaycan manatından başqa region ölkələrinin milli valyutaları ABŞ dolları qarşısında dəyər itirib. Belə ki, türk lirəsi dollara münasibətdə 28,1%, rus rublu 14,7%, erməni dramı 1,5% ucuzlaşıb, Azərbaycan manatı isə 2,7% möhkəmlənib.
Qeyd edək ki, Gürcüstan parlamentinin Büdcə Ofisi qanunverici orqanın müstəqil maliyyə qurumudur və əsas vəzifəsi müstəqil və qərəzsiz təhlil, araşdırma və qiymətləndirmələr aparmaqla dövlət maliyyəsinin idarə olunmasına parlament nəzarətini həyata keçirməkdir.
Son xəbərlər
02:11
Heydər Əliyev Fondu ilə Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında anlaşma memorandumu imzalanıb
Sosial müdafiə02:01
UEFA Çempionlar Liqası: "Qalatasaray" səfərdə uduzub, "Liverpul" qalib gəlib
Futbol01:47
Gəncədə orta məktəb şagirdləri qidadan zəhərlənib
Hadisə01:39
KİV: Üsyançıların qabaqcıl dəstələri Konqonun Uvira şəhərinə daxil olub
Digər ölkələr01:13
Paşinyan: İrəvan və Ankara münasibətlərin normallaşdırılması üçün əlaqələri intensivləşdiriblər
Region00:43
Ukrayna sülh planı ilə bağlı ABŞ-yə üç sənəd təqdim edəcək
Digər ölkələr00:25
Paşinyan: "Tramp marşrutu" Orta Dəhlizin vacib tərkib hissəsinə çevrilə bilər
Region23:54
Zelenski ABŞ və Aİ-ni Ukraynada seçkilərin təhlükəsizliyini təmin etməyə çağırıb - YENİLƏNİB
Digər ölkələr23:45