Azərbaycanda işçilərin dələduzluğu sığortası üzrə daxilolmalar 50% azalıb

Azərbaycanda işçilərin dələduzluğu sığortası üzrə daxilolmalar 50% azalıb Bakı. 21 dekabr. REPORT.AZ/ Noyabrda Azərbaycanda işçilərin dələduzluğu sığortası üzrə daxilolmalar artıb.
Maliyyə
21 Dekabr , 2018 17:20
Azərbaycanda işçilərin dələduzluğu sığortası üzrə daxilolmalar 50% azalıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Noyabrda Azərbaycanda işçilərin dələduzluğu sığortası üzrə daxilolmalar artıb.

“Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr ayları ərzində işçilərin dələduzluğu sığortası üzrə sığorta şirkətlərinin yığımları 618,9 min manat təşkil edib. Bu, yanvar-oktyabr ayları ilə müqayisədə 7,6 min manat və ya 1,24% çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisə etsək, ölkədə bu sığorta sinifi üzrə daxilolmalar 626,1 min manat və ya 50,29% azalıb.

Bu ilin yanvar-noyabr aylarında işçilərin dələduzluğu sığortası üzrə ödəniş edilməyib. Qeyd edək ki, 2017-ci ilin yanvar-noyabr aylarında eyni sığorta sinfi üzrə ödənişlər 1,719 mln. manat olub.

Son xəbərlər

Orphus sistemi