Noyabrda Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 14 %-dən çox artırıb

Noyabrda Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 14 %-dən çox artırıb On bir ayda isə mənzil alışı 7,56 % artıb.
Maliyyə
15 Dekabr , 2020 12:54
Noyabrda Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 14 %-dən çox artırıb

Bu ilin noyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 104 mənzil alıb.

“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2019-cu ilin noyabr ayı ilə müqayisədə 13 mənzil və ya 14,3 % çoxdur.

Ümumilikdə isə yanvar-noyabr aylarında 1 124 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2019-cu ilin on bir ayı ilə müqayisədə 79 ədəd və ya 7,56 % çoxdur.

Qeyd edək ki, bu ilin noyabr ayında Türkiyədə 5 022 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2019-cu ilin noyabr ayı ilə müqayisədə 985 ədəd və ya 24,4 % çoxdur.

Bu ilin yanvar-noyabr aylarında isə Türkiyədə 36 819 əcnəbi əmlaka sahib olub ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 3 797 ədəd və ya 9,34 % azdır.

Türkiyədə ən çox mənzil alan İraq vətəndaşları olub. Bu ölkədən olanlar noyabrda 876, yanvar-noyabr aylarında isə 5 950 mənzil əldə edib.

Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay qardaş ölkədə 860, yanvar-noyabrda isə 6 425 mənzil alıb.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olan vətəndaşlar noyabrda 434 mənzil, yanvar-noyabrda isə 2 729 mənzilə sahib olub.

Son xəbərlər

Orphus sistemi