Notariusların fəaliyyətindən tutulmuş vergilər üzrə büdcəyə 260 mln manat vəsait köçürülüb

Notariusların fəaliyyətindən tutulmuş vergilər üzrə büdcəyə 260 mln manat vəsait köçürülüb Notariusların fəaliyyəti nəticəsində tutulmuş vergilər üzrə büdcəyə 260 milyon manat məbləğində vəsait köçürülüb
Maliyyə
23 İyun , 2022 18:43
Notariusların fəaliyyətindən tutulmuş vergilər üzrə büdcəyə 260 mln manat vəsait köçürülüb

Ölkədə fiskal siyasətin həyata keçirilməsində yaxından iştirak edən notariusların fəaliyyəti nəticəsində tutulmuş vergilər üzrə son illər ərzində dövlət büdcəsinə ümumilikdə 260 milyon manat məbləğində vəsait köçürülüb.

"Report" Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, notariuslar həmçinin, sosial dəstək proqramlarının icrasında fəal iştirak edir, COVID-19 qlobal pandemiyası ilə əlaqədar əhalinin sağlamlığının qorunması, Vətən müharibəsi və post-konflikt dövründə Azərbaycan Ordusuna, yaralı hərbçilərimizə, şəhid ailələrinə, azad edilmiş torpaqlarımızın bərpası naminə görülən işlərə dəstəklə bağlı sosial təşəbbüslərdə daim həmrəylik nümayiş etdirirlər.

Ötən dövrdə Koronavirusla Mübarizəyə Dəstək Fonduna, hərbçilərimizə, yaralılara və şəhid ailələrinin təminatına dəstək göstərən “YAŞAT” Fonduna, Qarabağ Dirçəliş Fonduna könüllü olaraq ədliyyə işçiləri, hakimlər və notariuslar tərəfindən bütövlükdə 6.6 milyon manatdan çox vəsait ianə edilib.

Bundan əlavə, Vətən müharibəsi iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək proqramları çərçivəsində 7 000 şəhid ailə üzvünə qısa müddətdə vərəsəlik şəhadətnamələri təqdim edilərək, onların sosial ödəmələri vaxtında təmin olunmuşdur. Eyni zamanda xüsusi notariuslar şəhid ailə üzvlərinə qayğılı münasibət göstərilməsi ilə bağlı ölkə başçısının tapşırıqlarına uyğun olaraq Vətən müharibəsinin ilk günlərindən və post-müharibə dövründə şəhid ailələrinə ödənişsiz xidmət göstərirlər. Bu xidmətlərə görə notariuslar vətəndaşlıq mövqeyindən çıxış edərək öz hesabına dövlət büdcəsinə il ərzində təxminən 100 min manat məbləğində vəsait köçürürlər.

Son xəbərlər

Orphus sistemi