​"Nomura Bank": Avro/dollar məzənnəsi paritetə düşməyəcək

​"Nomura Bank": Avro/dollar məzənnəsi paritetə düşməyəcək Bu, yalnız Federal Ehtiyat Sisteminin sərt monetar siyasəti nəticəsində baş verə bilər
Maliyyə
12 May , 2015 13:51
​Nomura Bank: Avro/dollar məzənnəsi paritetə düşməyəcək

Bakı. 12 may. REPORT.AZ/ Yaponiyanın ən böyük banklarından olan "Nomura Bank"ın ekspertləri hesab edirlər ki, hazırda Avrozonada qiymətli kağızların mənfi gəlirliyi avro üzərində gərginlik yaratsa da, avro dollardan sonra dünyanın ikinci ehtiyat valyutası statusunu qoruyacaq.

"Report" xəbər verir ki, Bankın təhlilçilərinin proqnozlarına görə, Avropa ölkələri, bu qitə ilə sıx ticarət əlaqələri olan Yaxın Şərq və Afrika ölkələrinin mərkəz bankları böyük ehtimalla öz ehtiyat portfellərində avronun payını azaltmayacaq. Bu da dünya miqyasında avro ehtiyatlarının azalmasının qarşısını alacaq.

Hətta mərkəzi bankların ehtiyatlarında avronun azalma ehtimalı varsa da, bu müəyyən səviyyəyə qədər baş verə bilər və son aylarda avro zəifləyərək artıq minimal qiymətə çatıb.

"Nomura Bank"ın ekspertləri ABŞ iqtisadiyyatının dolları dəstəkləməsinə baxmayaraq, avro/dollar məzənnəsinin paritetə çatacağını istisna edirlər.

Bank təhlilçiləri hesab edirlər ki, avro/dollar məzənnəsinin paritetə çatması üçün Federal Ehtiyat Sisteminin (FES) monetar siyasətini sərtləşdirməsi zəruridir. Bununla yanaşı qeyd olunur ki, FES uçot dərəcəsinin artırılmasını daha aqressiv şəkildə həyata keçirərsə, avro dollara bərabərləşə bilər.

Qeyd edək ki, hazırda FES-in faizləri ümumiyyətlə artırıb-artırmaması məsələsi müzakirə olunur.

Son xəbərlər

Orphus sistemi