"Nikoil Bank" qiymətli kağızlara investisiyaları artırıb

"Nikoil Bank" qiymətli kağızlara investisiyaları artırıb Bakı. 18 iyul. REPORT.AZ/ “Nikoil Bank” ASC-nin aktivləri illik müqayisədə 21,56% azalaraq 2017-ci cari il iyulun 1-nə 413, 210 mln. manat təşkil e...
Maliyyə
18 İyul , 2017 11:29
Nikoil Bank qiymətli kağızlara investisiyaları artırıb

Bakı. 18 iyul. REPORT.AZ/ “Nikoil Bank” ASC-nin aktivləri illik müqayisədə 21,56% azalaraq 2017-ci cari il iyulun 1-nə 413, 210 mln. manat təşkil edib. Kredit portfeli bu müddətdə 15,56% azalaraq 287,097 mln. manata enib.

"Report" bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Xarici valyutada kreditlərin həcmi illik 29,04% azalaraq iyulun 1-nə 136,596 mln. manat, milli valyutada kreditlər isə əksinə 2,03% artaraq 150,501 mln. manat təşkil edib. İstehlak kreditləşməsində isə illik 36,60% azalma qeydə alınıb və iyulun 1-nə istehlak kreditlərinin həcmi 25,779 mln. manat olub. Avtomobil kreditləri illik müqayisədə 35,15% azalaraq 21,095 mln. manata enib. İpoteka kreditləşməsində isə cüzi artım müşahidə olunub. Belə ki, ipoteka kreditlərinin həcmi 2,45% artaraq iyulun 1-nə 50,337 mln. manata çatıb. Portfelin 41,713 mln. manatı İpoteka Fondunun xətti ilə verilmiş kreditlərdin payına düşür. Maliyyə qurumlarına verilən kreditlər illik 18,68% artaraq 17,251 mln. manata yüksəlib. Qiymətli kağızlara investisiyalar isə illik 82,36% artaraq 11,060 mln. manataçatıb.

Depozit portfeli illik müqayisədə 27,62% azalaraq iyulun 1-nə 234,472 mln. manat olub. Xarici valyutada depozitlər 34,94% azalaraq 174,536 mln. manat, milli valyutada depozitləri isə 7,65% artaraq 59,936 mln. manat təşkil edib. Əhalinin əmanətləri son bir ildə 21,20% azalaraq 211,590 mln. manat olub. Manat əmanətləri 12,66% artaraq 39,999 mln. manat, xarici valyutada isə 26,35% azalaraq 171,591 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) "Nikoil Bank"a qarşı tələbləri illik müqayisədə 18,67% azalaraq iyulun 1-nə 40,5 mln. manata enib.

Cari il iyulun 1-nə Bankın məcmu kapitalı 53,445 mln. manat, nizamnamə kapitalı 184,5 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi