"Nikoil Bank" maliyyə göstəricilərini açıqlayıb

"Nikoil Bank" maliyyə göstəricilərini açıqlayıb Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 198,5 mln. manat ayırıb
Maliyyə
13 Yanvar , 2017 19:30
Nikoil Bank maliyyə göstəricilərini açıqlayıb

Bakı. 13 yanvar. REPORT.AZ/ "Nikoil Bank" ASC-nin aktivləri illik 22,85% azalaraq cari il yanvarın 1-nə 439 726,36 min manat təşkil edib.

"Report" bu barədə bankın hesabatına istinadən xəbər verir. 

Hesabat ilində bankın kredit portfeli 11,1% azalaraq 340 277,79 min manata enib. Cari il yanvarın 1-nə bankın depozit portfeli isə 263 307,91 min manat olub. Hesabat ilinin sonuna AMB-nin banka qarşı tələbləri 40 500 min manat təşkil edib.

Hesabata əsasən, bank 2016-cı ildə 148 538,8 min manat xalis zərər edib ki, bu da 2015-ci illə müqayisədə 6,3 dəfə artım deməkdir. Qeyd edək ki, zərər olması əsasən bankın mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatına yaradılmasına ayırmaları hesabına baş verib. Belə ki, bank ötən il bank 49 979,63 min manat əməliyyat mənfəəti əldə edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar isə 198 518,43 min manat təşkil edib.

Xatırladaq ki, "Nikoil Bank" ASC 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 184,5 mln. manatdır. Bankın səhmlərinin 91,84%-i "Topaz İnvestments" QSC-yə, 7,97%-i "Nikoil" QSC-yə, 0,19%-i isə "ISR Holding" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi