"Nikoil Bank"ın əməkdaşları qan verib

"Nikoil Bank"ın əməkdaşları qan verib Bu, bankın Korporativ Sosial Məsuliyyət proqramının tərkib hissəsidir
Maliyyə
2 May , 2017 12:43
Nikoil Bankın əməkdaşları qan verib

Bakı. 2 may. REPORT.AZ/ "Nikoil Bank" ASC-nin kollektivi talassemiya günü ərəfəsində könüllü olaraq xəstə uşaqlar üçün ənənəvi qanvermə aksiyası keçiriblər. 

"Report" xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir. 

"Bankın baş ofisinin və şəhər filiallarının əməkdaşları bu aksiyada iştirak edərək bir daha sübut etdilər ki, "Nikoil bank" qan donoru” adını layiqincə daşıyır. İldə iki dəfə baş tutan bu ənənə Bankın Korporativ Sosial Məsuliyyət proqramının tərkib hissəsidir", - deyə məlumatda qeyd olunub. 

Xatırladaq ki, "Nikoil Bank" Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olmaqla və yaxud (012) 981 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil

Son xəbərlər

Orphus sistemi