"Nikoil Bank" daşınmaz əmlak girovu ilə kredit təklif edir

"Nikoil Bank" daşınmaz əmlak girovu ilə kredit təklif edir Müştərilər 60 ayadək müddətə 50 min manata qədər kredit rəsmiləşdirə bilərlər
Maliyyə
2 Oktyabr , 2017 11:42
Nikoil Bank daşınmaz əmlak girovu ilə kredit təklif edir
Report

Bakı. 2 oktyabr. REPORT.AZ/ “Nikoil Bank” ASC daşınmaz əmlak girovu ilə illik 20%-lə kredit məhsulu təklif edir.

“Report” bu barədə banka istinadən xəbər verir.

Əmlak girovu ilə kredit iri məbləğdə pul götürməyə imkan verir. Banka gedərək 50 min manata qədər 60 ayadək müddətinə kredit rəsmiləşdirmək mümkündür. Kredit əldə etmək üçün bankın istənilən bölməsinə şəxsiyyət vəsiqəsi, gəlirləri təsdiq edən sənədləri, daşınmaz girova aid sənədləri təqdim etmək kifayətdir (http://bit.ly/2g3eEp2).

“Nikoil Bank” Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir xidmətlərin tam paketini təklif edir.

Son xəbərlər

Orphus sistemi