"Nikoil Bank" "Cash-in" xidmətini yeniləyib

"Nikoil Bank" "Cash-in" xidmətini yeniləyib Bu barədə Bankın açıqlamasında bildirilir
Maliyyə
16 Yanvar , 2017 12:30
Nikoil Bank Cash-in xidmətini yeniləyib

Bakı. 16 yanvar. REPORT.AZ/ “Nikoil Bank” ASC cari və kart hesablarına www.hesab.azwww.e-pul.az saytları və ya xüsusi ödəmə terminalları vasitəsilə əlavələrin edilməsi üzrə "Cash-in" xidmətini yeniləyib. Bu barədə “Report”a Bankdan bildirilib.

Məlumata görə, bu funksiya müştərilərə gün ərzində öz hesablaşma, depozit və kart hesablarını, "Forex" hesablarını, həmçinin kredit borcunun ödənilməsi üçün vəsaitlərin "MilliÖn", "EasyPay" və "E-manat" vasitəsilə ödənişini fasiləsiz həyata keçirməyə imkan verir. Xidmət nağd vəsaitlərin həm milli, həm də xarici valyuta vasitəsilə ödənilməsini nəzərdə tutur. Müştərilərə öz kreditlərini asanlıqla yükləyə biləcəyi CİB mobil əlavəsi vasitəsilə ödənilməsinə də imkan yaradılır.

Azərbaycanda “Nikoil Bank”ın aktiv ödəniş xidməti "MilliÖn" şəbəkəsində 2 684 terminal, "E-manat" şəbəkəsində 2 083 terminal, "EasyPay" şəbəkəsində isə 309 terminal vasitəsilə təqdim edilir.

"Nikoil Bank" Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir.

Son xəbərlər

Orphus sistemi