Tokio Fond Birjasının (TSE/TYO) başlıca indeksi olan “Nikkei” bu gün keçirilən hərracda 1991-ci ilin noyabr ayından bu yana ən yüksək həddə çatıb.
“Report” xəbər verir ki, 225 ən iri şirkəti əhatə edən həmin indeks 0,91 faiz artaraq 24 325,23 bəndə çatıb. Həmçinin birinci bölümdəki bütün şirkətləri əhatə edən “TOPİX” indeksi də 0,52 faiz artaraq 1 658,49 bəndə yüksəlib.
TSE-dəki artımın əsas səbəbi ABŞ-da qeyri-əhali vergilərin artması, texnologiya şirkətlərinə dair qaydaların sərtləşməsilə bağlı narahatlıqların səngiməsi nəticəsində birjalarda baş verən artımdır. Bununla yanaşı prezident seçkiləri nəticəsinin hələ də aydınlaşmadığı üçün sərmayədarlar ehtiyatlı davranır.
Həmçinin dolların məzənnəsində mümkün dalğalanmalardan çəkinən bazar iştirakçılarının yen almağa başlamaları nəticəsində yenin dollara qarşı məzənnəsi artaraq 103,54 JPY/USD səviyyəsinə çatıb.