Neftin qiyməti 2%-dək artıb

Neftin qiyməti 2%-dək artıb ABŞ-da xammal ehtiyatları haqqında həftəlik statistik məlumatların açıqlanmasından sonra ucuzlaşmış neftin qiyməti 2%-dək artıb.
Maliyyə
17 Mart , 2022 10:37
Neftin qiyməti 2%-dək artıb

ABŞ-da xammal ehtiyatları haqqında həftəlik statistik məlumatların açıqlanmasından sonra ucuzlaşmış neftin qiyməti 2%-dək artıb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin may fyuçersləri 1,87% bahalaşaraq, 1 bareli 99,84 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 1,83% artaraq, 1 bareli 96,78 ABŞ dolları təşkil edib.

Martın 11-dək olan həftə ərzində ABŞ-da neftin kommersiya ehtiyatları 4,3 milyon barel və ya 1,1% artaraq, 415,9 milyon abrelə çatıb. Analitiklər isə 1,4 milyon barel azalmanın qeydə alınacağını gözləyirdilər.

İngilis versiyası Global oil prices rise 2%

Son xəbərlər

Orphus sistemi