Neftin 40 dollar/barel qiyməti Rusiyanı qane edir

Neftin 40 dollar/barel qiyməti Rusiyanı qane edir Rəsmi Moskva "darıxdırıcı" makroiqtisadi siyasət nəzərdə tutub
Maliyyə
26 Sentyabr , 2017 14:36
Neftin 40 dollar/barel qiyməti Rusiyanı qane edir

Bakı. 26 sentyabr. REPORT.AZ/ Hazırda Rusiyanın tədiyyə balansında cari əməliyyatlar hesabı neftin 40 dollar/barel qiymətinə uyğunlaşdırılıb. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu açıqlama ilə maliyyə nazirinin müavini Vladimir Kolıçev "Fitch" beynəlxalq reytinq agentliyinin Moskvada təşkil etdiyi konfransda çıxış edib.

Nazir müavini bildirib ki, Rusiya cari neft qiymətləri ilə makroiqtisadi disbalansı aradan qaldırıb və kapıtalın hərəkətinə olan həssaslığı minimuma salıb: "Rusiya iqtisadiyyatının artım tempinin potensialı 2%-ə çatıb. Neft-qaz sektoru xaric gəlirlər büdcədə 6% artıb. Makroiqtisadi siyasət "darıxdırıcı" olacaq. Belə ki, biz aşağı inflyasiya və faizlər, minimum risk və maksimum iqtisadi artım nəzərdə tutmuşuq".

Son xəbərlər

Orphus sistemi