Neft Fondunun istiqrazlarının 33,6 %-i 3 ilə qədər müddətə yerləşdirilib
- 13 oktyabr, 2023
- 11:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin üçüncü rübünün sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 23,1 %-i 1 ilə qədər müddətə yerləşdirilib.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bu ilin üçüncü rübünün sonuna Fondun investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 29,3 %-i 1 ildən 3 ilə qədər, 20 %-i 3 ildən 5 ilə qədər, 27,6 %-i isə 5 ildən artıq müddətə yerləşdirilib.
2022-ci ilin üçüncü rübü sonunun göstəriciləri ilə müqayisədə 1 ilə qədər müddətə yerləşdirilən istiqrazlar və digər pul bazarı alətlərinin payı 8,5 % bəndi azalıb.
2022-ci ilin ilin üçüncü rübünün sonuna 1 ildən 3 ilə qədər müddətə yerləşdirilən istiqrazlar və digər pul bazarı alətlərinin payı 4,3 % bəndi azalıb, 3 ildən 5 ilə qədər müddətə yerləşdirilən istiqrazlar və digər pul bazarı alətlərinin payı 5,4 % bəndi artıb.
2022-ci ilin üçüncü rübünün sonuna 5 ildən artıq müddətə yerləşdirilən istiqrazlar və digər pul bazarı alətlərinin payı 7,4 % bəndi artıb.