Neft Fondunun istiqrazlarının 23 %-i 1 ilə qədər müddətə yerləşdirilib

Maliyyə
  • 22 aprel, 2024
  • 13:31
Neft Fondunun istiqrazlarının 23 %-i 1 ilə qədər müddətə yerləşdirilib

Bu ilin birinci rübünün sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 23 %-i 1 ilə qədər müddətə yerləşdirilib.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu ilin birinci rübünün sonuna Fondun investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 26,9 %-i 1 ildən 3 ilə qədər, 23,1 %-i 3 ildən 5 ilə qədər, 27 %-i isə 5 ildən artıq müddətə yerləşdirilib.

İl ərzində 1 ilə qədər müddətə yerləşdirilən istiqrazlar və digər pul bazarı alətlərinin payı 8,2 faiz bəndi, 1 ildən 3 ilə qədər müddətə yerləşdirilən istiqrazlar və digər pul bazarı alətlərinin payı 7 faiz bəndi azalıb, 3 ildən 5 ilə qədər müddətə yerləşdirilən istiqrazlar və digər pul bazarı alətlərinin payı 1,8 faiz bəndi artıb. 5 ildən artıq müddətə yerləşdirilən istiqrazlar və digər pul bazarı alətlərinin payı isə 30 %-dən 27 % qədər azalıb.