Neft Fondu uzunmüddətli maliyyə alətlərinə investisiyalarını artırıb

Maliyyə
  • 18 aprel, 2023
  • 11:23
Neft Fondu uzunmüddətli maliyyə alətlərinə investisiyalarını artırıb

Bu ilin birinci rübünün sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 14,8 %-i 1 ilə qədər müddətə yerləşdirilib.

"Report" bu barədə Fonda istinadən xəbər verir. İl ərzində bu alətlərin payı 15,1 faiz bəndi azalıb.

Hesabat dövründə Fondun investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 33,9 %-i 1 ildən 3 ilə qədər, 21,3 %-i 3 ildən 5 ilə qədər, 30 %-i isə 5 ildən artıq müddətə yerləşdirilib.

2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 ildən 3 ilə qədər müddətə yerləşdirilən istiqrazlar və digər pul bazarı alətlərinin payı 2,5 faiz bəndi, 3 ildən 5 ilə qədər müddətə yerləşdirilən alətlərin payı 4 faiz bəndi artıb.

5 ildən artıq müddətə yerləşdirilən istiqrazlar və digər pul bazarı alətlərinin payı isə 21,4 %-dən 30 %-ə qədər artıb.

44 filmi