“NBC Bank” bu ilin I yarısını mənfəətlə başa vurub

“NBC Bank” bu ilin I yarısını mənfəətlə başa vurub Bakı. 11 iyul. REPORT.AZ/ “NBC Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 169,591 mln. manat təşkil edib.“Report” Bankın maliyyə hesabatına ist...
Maliyyə
11 İyul , 2017 10:02
“NBC Bank” bu ilin I yarısını mənfəətlə başa vurub

Bakı. 11 iyul. REPORT.AZ/ “NBC Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 169,591 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,8% çoxdur.

“NBC Bank”ın aktivlərinin 80,7%-ni və yaxud 136,854 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bunun isə 9,4%-i və yaxud 12,876 mln. manatını vaxtı keçmiş kreditlərdir.

Son 1 ildə “NBC Bank”ın cəmi öhdəlikləri 13,1% artaraq 114,834 mln. manat, o cümlədən depozit portfeli 7,1% azalaraq 69,411 mln. manat, cəmi kapitalı isə 6,2% artaraq 54,757 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,3% artaraq 64 mln. manat olub.

Bu ilin I yarısında “NBC Bank”ın faiz gəlirləri 7,086 mln. manat (ötən ilin I yarısına nisbətən 23% az), faiz xərcləri 3,159 mln. manat (24% az), qeyri-faiz gəlirləri 1,796 mln. manat (44.8% çox), qeyri-faiz xərcləri isə 3,02 mln. manat (30,2% çox) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 2,703 mln. manat olub ki, bu da illik müqayisədə 31,8% azdır.

“NBC Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 1 il əvvəllə müqayisədə 21% çox – 1,364 mln. manat yönəldib və I yarımili 1,34 mln. manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin I yarımili ilə müqayisədə 52,8% azdır.

Xatırladaq ki, "NBC Bank" 1992-ci ildə "Ruzu" səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Bankın dövriyyədə hər birinin nominal dəyəri 268,8 manat olan 238 096 səhmi var. Səhmlərin 65,91%-i Bankın daxil olduğu "Nurgün Group" MMM-in prezidenti Nuru Yaşar oğlu Əliyevə, 6,42%-i Aynur Əhməd qızı Kamalovaya, yenə də 6,42%-i Aysel Yusif qızı Usubovaya, 6,16%-i Nüşabə Yaşar qızı Səfiyevaya, 6,02%-i adı çəkilən holdinqə, 4,3%-i Surxay Tofiq oğlu Əhmədova, 2,72%-i "Caspian Insurance Co." MMM-ə, 1,02%-i Elnur Müşfiq oğlu Səfiyevə, yenə də 1,02%-i isə Nicat Müşfiq oğlu Səfiyevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi