"NBC Bank" bu ilin I rübünü mənfəətlə başa vurub

"NBC Bank" bu ilin I rübünü mənfəətlə başa vurub Bakı. 12 aprel. REPORT.AZ/ “NBC Bank” ASC-nin aktivləri illik müqayisədə 34,3% artaraq bu il aprelin 1-nə 221 879 min manata çatıb.
Maliyyə
13 Aprel , 2018 10:01
NBC Bank bu ilin I rübünü mənfəətlə başa vurub

Bakı. 12 aprel. REPORT.AZ/ “NBC Bank” ASC-nin aktivləri illik müqayisədə 34,3% artaraq bu il aprelin 1-nə 221 879 min manata çatıb.

“Report” bu barədə Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Son 1 ildə Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər-məqsədli ehtiyatlar çıxılmaqla) 30,4% artaraq 164 628 min manat, vaxtı keçmiş kreditləri isə 10,7% azalaraq 12 309 min manat olub. 

Hesabat tarixinə Bankın öhdəlikləri 164 255 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 46,7% artım deməkdir. O cümlədən Bankın depozit portfeli 15% artaraq 82 529 min manata çatıb. 

Martın sonuna Bankın nizamnamə kapitalı 64 mln. manat, cəmi kapitalı isə 57 624 min manat təşkil edib.

Bank bu ilin I rübündə 818 min manat xalis mənfəət əldə edib. Ötən ilin müvafiq dövründə isə Bank 81 min manat zərər edib. 

3 ay ərzində Bankın faiz gəlirləri 3 974 min manat, qeyri-faiz gəlirləri 639 min manat, faiz xərcləri 2 404 min manat, qeyri-faiz xərcləri 1 534 min manat təşkil edib. Kredit təşkilatı xüsusi ehtiyatların yaradılması xərclərinə 144 min manat qənaət edib. 

Aprelin 1-nə Bankın bölüşdürülməmiş zərəri 9 483 min manat olub. 

Son xəbərlər

Orphus sistemi