Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib

Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib ​​​​​​​Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan y
Maliyyə
24 Aprel , 2024 20:24
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib

Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilib.

“Report” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, vahidinin (dəstinin) ilkin balans dəyəri 5000 manata qədər olan əsas vəsaitlərin (fondların) silinməsinə dair komissiyanın aktları təşkilatın rəhbəri tərəfindən təsdiq ediləcək və bundan sonra bu əsas vəsaitlər (fondlar) balansdan silinəcək.

Bu halda həmin əsas vəsaitlərin (fondların) silinməsinə dair İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəyi tələb olunmayacaq. Qeyd edək ki, bu vəsait əvvəl 25 milyon manat idi.

Həmçinin, vahidinin (dəstinin) ilkin balans dəyəri 5000 manatdan yuxarı olan əsas vəsaitlərin (fondların) silinməsi zamanı təşkilatda yaradılmış komissiya tərəfindən tərtib edilən əmlakın (qiymətlilərin) ləğvi aktı Əmlak Məsələləri Dövlət Komitəsindən müvafiq rəy alındıqdan sonra (Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla) həmin təşkilatın baş idarəetmə orqanı tərəfindən (belə orqan olmadıqda, təşkilatın özü tərəfindən) təsdiq edilməklə, bu əsas vəsaitlərin (fondların) silinməsi həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi