Nazir müavini: "Bu il sosial sığorta yığımları planlaşdırılandan çox olacaq"

Nazir müavini: "Bu il sosial sığorta yığımları planlaşdırılandan çox olacaq" Ölkə Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycanda əmək pensiyalarının və müavinətlərin əhəmiyyətli dərəcədə artırılması üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərclərinin 200 milyon manat, məşğulluq tədbirlərinin genişləndirilməsi üçün İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlir və xərclərinin isə 15 milyon manat artırılması nəzərdə tutulur.
Maliyyə
21 İyun , 2019 15:56
Nazir müavini: Bu il sosial sığorta yığımları planlaşdırılandan çox olacaq

Ölkə Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycanda əmək pensiyalarının və müavinətlərin əhəmiyyətli dərəcədə artırılması üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərclərinin 200 milyon manat, məşğulluq tədbirlərinin genişləndirilməsi üçün İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlir və xərclərinin isə 15 milyon manat artırılması nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə nazirinin müavini Azər Bayramov bildirib. 

Nazir müavini bu artımların maliyyələşdirilməsi üçün hər hansı problemin olmayacağını da qeyd edib: "Ötən il qanunvericilikdə əhəmiyyətli dəyişikliklər olub və bunun nəticəsində ilin əvvəlindən sosial sığorta yığımlarında ciddi artımlar baş verib, 2019-cu ildə yığımlar planlaşdırılandan çox olacaq. Vergi, gömrük və sosial sığorta haqlarının yığılmasında inzibatçılığın gücləndirilməsi, şəffaflığın artırılması, eyni zamanda ölkədə minimum əmək haqqının və büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqları üzrə cari ilin aprel-may aylarında tətbiq olunmuş və sentyabr ayından nəzərdə tutulan əlavə və artımlar hesabına sosial sığorta haqları üzrə, təxminən, 350 milyon manat vəsaitin daxil olacağı proqnozlaşdırlır ki, bunun da 172 milyon manatı dövlət büdcəsindən maliyyələşən təşkilatların payına düşəcək". 

Son xəbərlər

Orphus sistemi