Nazir: “Bu il hərbçilərin mənzillə təminatına 35 milyon manat ayrılacaq”

Nazir: “Bu il hərbçilərin mənzillə təminatına 35 milyon manat ayrılacaq” 2024-cü ildə mənzil növbəsində olan, Silahlı Qüvvələrdə 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzillə təmin olunmasına dövlət büdcəsindən 35 milyon manat ayrılacaq.
Maliyyə
8 Fevral , 2024 12:06
Nazir: “Bu il hərbçilərin mənzillə təminatına 35 milyon manat ayrılacaq”
Samir Şərifov

2024-cü ildə mənzil növbəsində olan, Silahlı Qüvvələrdə 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzillə təmin olunmasına dövlət büdcəsindən 35 milyon manat ayrılacaq.

Bunu "Report"a müsahibəsində maliyyə naziri Samir Şərifov bildirib.

Bildiyiniz kimi, bu məqsəd üçün hüquqi çərçivə mövcuddur. "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə xüsusi Komissiya yaradılıb. Komissiyada müxtəlif orqanların nümayəndələri təmsil olunur. Komissiya vaxtaşırı iclas keçirərək həm müvafiq meyarlara uyğun hərbi qulluqçuların növbəyə qəbul edilməsi məsələlərini həll edir, həm də növbədəki hərbi qulluqçulara mənzillərin verilməsi məsələsini nəzərdən keçirir. Yəni bu proses davamlı gedir. Həmin məqsəd üçün bu il büdcədə 35 milyon manat nəzərdə tutulub”, - deyə o qeyd edib.

S.Şərifov ilə müsahibəni tam şəkildə buradan oxumaq mümkündür.

Son xəbərlər

Orphus sistemi