Bakı. 2 noyabr. REPORT.AZ/ "ABŞ sanksiyaları altında olan fiziki və hüquqi şəxslərə xidmət göstərəcəyi təqdirdə, SWIFT barəsində məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə hazırdır".
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.
“Biz SWIFT-in də sanksiyalara məruz qalmaması üçün təşkilata İranın sanksiya siyahısına salınan maliyyə qurumlarını texnologiyaların imkan verdiyi qədər tez xidmətdən ayırmağı məsləhət görmüşük”, - deyə S.Mnuçin vurğulayıb.