Bakı. 21 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Naxçıvan MR-dakı bank və bank olmayan kredit təşkilatları fiziki və hüquqi şəxslərə 47,784 mln. manat kredit verilib.
“Report” yerli
Verilmiş kreditlərin 5,252 mln. manatı və yaxud 11%-i qısamüddətli, 42,532 mln. manatı və yaxud 89%-i isə uzunmüddətli kreditlər olub.
Son 1 ildə qısamüddətli kreditlər 1,06 mln. manat və yaxud 25,3% artıb, uzunmüddətli kreditlər isə 18,686 mln. manat və yaxud 78,4% azalıb.
Xatırladaq ki, ötən ilin ilk 11 ayında Naxçıvanda verilmiş kreditlərin 4,192 mln. manatı və yaxud 15%-i qısamüddətli, 23,847 mln. manatı və yaxud 85%-i isə uzunmüddətli kreditlər olub.