Naxçıvanın xarici ticarət dövriyyəsi 2% artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi 2% artıb Naxçıvanın xarici ticarət dövriyyəsi 2% artıb
Maliyyə
30 İyul , 2020 11:26
Naxçıvanın xarici ticarət dövriyyəsi 2% artıb

Bu ilin yanvar-iyun aylarında Naxçıvan MR-nın xarici ticarət dövriyyəsinin dəyəri 222,7 milyon ABŞ dolları təşkil edib.

“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu ilin müvafiq dövründəki göstəricidən 3,5 milyon ABŞ dolları və yaxud 1,6% çoxdur.

6 ay ərzində muxtar respublikanın ixracının dəyəri 192,6 milyon ABŞ dolları (illik müqayisədə 1 milyon ABŞ dolları və yaxud 0,5% çox), idxalının dəyəri isə 30,8 milyon ABŞ dolları (2,4 milyon ABŞ dolları və yaxud 8,8% çox) olub. 

Son nəticədə, xarici ticarətdə 162,6 milyon ABŞ dolları dəyərində müsbət saldo yaranıb ki, bu da 1,4 milyon ABŞ dolları və ya 0,85% azalma deməkdir. 

Son xəbərlər

Orphus sistemi