Naxçıvanın xarici ticarət dövriyyəsi 1%-dən çox artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi 1%-dən çox artıb Bu ilin yanvar-iyul aylarında Naxçıvan MR xarici ölkələrlə256,9 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Maliyyə
170
24 Avqust , 2020 11:58
Naxçıvanın xarici ticarət dövriyyəsi 1%-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan MR xarici ölkələrlə 256,9 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 

“Report”un yerli Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% çoxdur.

Son 1 ildə muxtar respublikanın ixracının dəyəri 0,7% artaraq 223,1 milyon ABŞ dolları, idxalının dəyəri isə 6,3% artaraq 33,7 milyon ABŞ dolları təşkil edib. 

Son nəticədə Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 189,4 milyon ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 0,2% azdır.

Son xəbərlər

Orphus sistemi