Naxçıvanın sığorta bazarı 20 % kiçilib

Naxçıvanın sığorta bazarı 20 % kiçilib Bu ilin ilk rübündə Naxçıvan Muxtar Respublikasında sığorta növləri üzrə daxilolmalar 1,648 mln manat olub
Maliyyə
22 Aprel , 2021 13:10
Naxçıvanın sığorta bazarı 20 % kiçilib

Bu ilin ilk rübündə Naxçıvan Muxtar Respublikasında sığorta növləri üzrə daxilolmalar 1,648 mln manat olub.

“Report”un yerli Dövlət Statistika Komitəsində istinadən verdiyi məlumata görə, bu, 2020-ci ilin birinci rübü ilə müqayisədə 19,8 % azdır.

Məlumata görə, bunun da 327,5 min manatını könüllü, 1,321 mln manatını isə icbari sığorta təşkil edib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasında sığorta növləri üzrə daxilolmalar 2020-ci ilin ilk rübündə 2,056 mln manat olub.

Son xəbərlər

Orphus sistemi