Naxçıvanın 2022-ci il üzrə büdcəsinin icrası təsdiq edilib

Maliyyə
  • 16 may, 2023
  • 12:36
Naxçıvanın 2022-ci il üzrə büdcəsinin icrası təsdiq edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən onuncu sessiyasında bölgənin 2022-ci il üzrə büdcəsinin icrası təsdiq edilib.

"Report"un yerli bürosu xəbər verir ki, muxtar respublikanın büdcəsinin gəlirlərinin icrası 197 968 088 manat, xərclərin icrası isə 605 869 766 manat olmaqla təsdiqlənib.

Sessiyada muxtar respublikanın maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edib, daha sonra “Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrası haqqında” qanun səsə qoyularaq qəbul olunub.