Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artıb

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artıb Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 5 784 şəxs qəbul edilib.
Maliyyə
14 Mart , 2024 14:18
Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artıb

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 5 784 şəxs qəbul edilib.

Muxtar Respublikanın Dövlət Vergi Xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, xidmət strukturları tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 7 608 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə çoxdur.

Bildirilib ki, bu ilin ilk iki ayında vergi ödəyicilərinə 150 219 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 20 görüş keçirilib, 104 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 1.008 müraciət üzrə 1 825 “Asan İmza” sertifikatı verilib.

İlin əvvəlindən Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzi tərəfindən ümumilikdə 3 820 şəxs qəbul edilib və onlara 5 496 xidmət göstərili. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi