Naxçıvanda vergi daxilolmaları martda 56 % artıb

Maliyyə
  • 11 aprel, 2023
  • 07:32
Naxçıvanda vergi daxilolmaları martda 56 % artıb

Bu ilin mart ayında Naxçıvan MR Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə ötən ilin eyni dövrünə nisbətən 55,5 % çox - 5,1 milyon manat vəsait daxil olub.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, I rübdə isə muxtar respublikada vergi daxilolmaları 36,6 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 34,5 % çoxdur.