Naxçıvanda orta aylıq əmək haqqı 17 % artıb

Maliyyə
  • 11 sentyabr, 2024
  • 10:16
Naxçıvanda orta aylıq əmək haqqı 17 % artıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 777 manat təşkil edib.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % çoxdur.