Naxçıvanda nağdsız ödənişlərin həcmi bir ildə 34 % artıb

Maliyyə
  • 21 oktyabr, 2021
  • 08:36
Naxçıvanda nağdsız ödənişlərin həcmi bir ildə 34 % artıb

Bu ilin 1 oktyabr tarixə Naxçıvan Muxtar Respublikasında quraşdırılmış POS-terminalların sayı 1 502-yə çatdırılıb.

Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.

Bildirilir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 128 ədəd və yaxud 9,3 % çoxdur.

Bu ilin yanvar-sentyabr aylarında internet və POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlər 85 milyon 860 min 778 manat təşkil edib ki, bu da bir il öncəki göstəricidən 33,6 % çoxdur.