Naxçıvanda kreditləşmə bir ildə 45%-dən çox artıb

Naxçıvanda kreditləşmə bir ildə 45%-dən çox artıb Bir ildə qısamüddətli kreditlər 34,1%, uzunmüddətli kreditlər isə 46,9% artıb.
Maliyyə
28 Oktyabr , 2020 14:06
Naxçıvanda kreditləşmə bir ildə 45%-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 142,5 mln manat məbləğində kreditlər verilib.

“Report”un yerli Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, bir il öncəki göstəricidən 45,4% çoxdur.

Verilmiş kreditlərin 15,2 mln manat və yaxud 10,7%-i qısamüddətli, 127,3 mln manatı və yaxud 89,3%-i uzunmüddətli kreditlər olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 34,1%46,9% çoxdur.

Son xəbərlər

Orphus sistemi