Naxçıvanda kreditləşmə 2 dəfədən çox artıb

Naxçıvanda kreditləşmə 2 dəfədən çox artıb Bu ilin yanvar-avqust aylarında Naxçıvan MR-dakı banklar və bank olmayan kredit təşkilatları hüquqi və fiziki şəxslərə 77,641 milyon manat kredit verib.
Maliyyə
25 Sentyabr , 2019 11:46
Naxçıvanda kreditləşmə 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan MR-dakı banklar və bank olmayan kredit təşkilatları hüquqi və fiziki şəxslərə 77,641 milyon manat kredit verib.

“Report”un yerli Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Səkkiz ay ərzində verilmiş kreditlərin 9,782 milyon manatı və yaxud 12,6%-i qısamüddətli, 67,86 milyon manatı və yaxud 87,4%-i isə uzunmüddətli kreditlər olub. Son 1 ildə qısamüddətli kreditlər 2,6 dəfə, uzunmüddətli kreditlər isə 2,1 dəfə artıb. 

Son xəbərlər

Orphus sistemi