Naxçıvanda elektrik enerjisinin terminallarda ödənişi bərpa olunur

Naxçıvanda elektrik enerjisinin terminallarda ödənişi bərpa olunur Naxçıvanda elektrik enerjisi ödənişlərinin terminallarda ödənişi bərpa olunur.
Maliyyə
9 Avqust , 2024 23:35
Naxçıvanda elektrik enerjisinin terminallarda ödənişi bərpa olunur

Naxçıvanda elektrik enerjisinin terminallarda ödənişi bərpa olunur.

"Report"un yerli bürosu xəbər verir ki, “Naxçıvanbank” ASC-nin adını və təşkilati-hüquqi formasını dəyişərək “E-Kredit” MMC bank olmayan kredit təşkilatına (BOKT) çevrildiyindən 23 iyun 2024-cü il tarixində saat 23:00-da ona məxsus ödəmə məntəqələrində elektrik enerjisinin dəyərinin ödənilməsi və smarkart tipli sayğacların balansının artırılması dayandırılıb.

Çətinliyi aradan qaldırmaq üçün muxtar respublikanın Dövlət Energetika Xidməti “MPAY” Qapalı Səhmdar Cəmiyyəti ilə smart kart tipli elektrik sayğaclarının balansının artırılması və onlayn ödənişlərin ödənilməsi məqsədilə müqavilə imzalayıb.

Hazırda Naxçıvan şəhəri üzrə bir neçə yerdə - Əliabad qəsəbəsindəki "Baba" marketdə, Aviakassanın və əvvəlki "Naxçıvanbank"ın qarşısındakı ödəmə məntəqələrində smartkart tipli elektrik sayğaclarının ödənişlərinin bərpası təmin olunub. Gələn həftənin ortasına qədər bütün muxtar republika üzrə ödəmə məntəqələrində smartkart tipli elektrik sayğaclarının balansını artırmaq mümkün olacaq.

Son xəbərlər

Orphus sistemi