Naxçıvanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri cüzi artıb

Maliyyə
  • 14 oktyabr, 2024
  • 11:57
Naxçıvanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri cüzi artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 137,5 milyon manat olub.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % çoxdur.