Naxçıvanda bank əmanətləri 47 % artıb
Maliyyə
- 16 may, 2025
- 17:01
Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 49 % artaraq bu aprel ayının 1-ə milli valyuta ekvivalentində 28 milyon 125 min 800 manat təşkil edib.
Bu barədə "Report"un yerli bürosuna Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əmanətlərin 93,8 %-i milli, 6,2 %-i xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 47 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 88 % artıb.
Bundan başqa, bu ilin yanvar-aprel aylarında muxtar respublikada əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 71 milyon 403 min 400 manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,1 % çoxdur.
Son xəbərlər
10:21
Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb
İnfrastruktur10:20
Azərbaycanda yanvarda 3 754 şəxsə pensiya təyin edilib
Sosial müdafiə10:19
AMEA adlarla bağlı tövsiyə kitabı hazırlayacaq
Elm və təhsil10:14
Yaponiyada güclü qar 35 nəfərin ölümünə səbəb olub
Digər ölkələr10:14
"Arsenal"ın Premyer Liqadakı oyunu təxirə salınacaq
Futbol10:08
BP Azərbaycandakı layihələrə sərmayələrinin həcmini açıqlayıb
Energetika10:06
AZIR indeksinin orta günlük səviyyəsi yanvarda 6,7 %-ə düşüb
Maliyyə10:05
AMB: 2026-2027-ci illərin sonuna cari əməliyyatlar hesabı profisitli olacaq
Maliyyə10:04