Naxçıvanda açılmış bank hesablarının sayı 23 % artıb

Maliyyə
  • 24 oktyabr, 2022
  • 10:29
Naxçıvanda açılmış bank hesablarının sayı 23 % artıb

Bu ilin oktyabrın 1-nə Naxçıvan Muxtar Respublikasının banklarında açılmış bank hesablarının sayı 220 min 631-ə çatıb.

Bu barədə “Report” muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verib.

Bildirilib ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 41 min 060 vahid bank hesabı və ya 22,9 % çoxdur.

Bildirilir ki, bunun 212 min 922-si və ya 96,5 %-i aktiv hesablardır.

Bu ilin yanvar-sentyabr aylarında açılmış 40 940 bank hesabının 40 926-sı aktiv hesablar olub. 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə muxtar respublikada açılmış bank hesablarının sayı bu ilin 9 ayı ilə müqayisədə 6 819 vahid və ya 20 % çoxdur.