"Naxçıvanbank”ın aktivləri 43% artıb

"Naxçıvanbank”ın aktivləri 43% artıb Bakı. 13 iyul. REPORT.AZ/ “Naxçıvanbank” ASC-nin aktivləri illik müqayisədə 43% artaraq 2018-ci il iyulun 1-nə 191 813 min manata çatıb.
Maliyyə
13 İyul , 2018 14:15
Naxçıvanbank”ın aktivləri 43% artıb

Bakı. 13 iyul. REPORT.AZ/ “Naxçıvanbank” ASC-nin aktivləri illik müqayisədə 43% artaraq 2018-ci il iyulun 1-nə 191 813 min manata çatıb.

“Report” bu barədə bankın yarımillik maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə bankın kredit portfeli (kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) 17% artaraq 68 017 min manata yüksəlib.

2018-ci il aprelin 1-nə bankın cəmi öhdəlikləri illik 80% artaraq 116 594 min manat, o cümlədən depozit portfeli 2,4 dəfə artaraq 74 759 min manat olub. Bildirək ki, 2018-ci il iyulun1-nə əsasən bankın Azərbaycan Mərkəzi Bankı(AMB) qarşısında öhdəliyi yaranmayıb. Bu ilin birinci yarımilinin yekununa bankın nizamnamə kapitalı 67 830 min manat, cəmi kapitalı 75 219 min manat təşkil edib.

Bank yanvar-iyun ayları ərzində 2 327 min manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% azdır. Bu ilin birinci rübü ərzində bankın faiz gəlirləri 3 138 min manat, faiz xərcləri 206 min manat, qeyri-faiz gəlirləri 1 668 min manat, qeyri-faiz xərcləri 1 622 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi