"Naxçıvan Sığorta" “Yaşıl Kart”a qoşulub

"Naxçıvan Sığorta" “Yaşıl Kart”a qoşulub Sistem çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığorta şirkətlərinin sayı 13-ə çatıb
Maliyyə
8 May , 2021 11:41
Naxçıvan Sığorta “Yaşıl Kart”a qoşulub

İcbari Sığorta Bürosu (İSB) "Naxçıvan Sığorta" ASC-yə "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ verib.

Bu barədə "Report"a İSB-dən bildirilib.

Məlumata görə, bununla da "Yaşıl Kart"a qoşulmuş sığorta şirkətlərinin sayı 13-ə çatıb. Digər 12 sığortaçı Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta"), eləcə də "Atasığorta", "Atəşgah Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Azsığorta", "Bakı Sığorta", "Günay Sığorta", "İpək Yolu Sığorta", "Meqa Sığorta", "Qala Sığorta", "PAŞA Sığorta" və "Xalq Sığorta" ASC-lərdir.

Son xəbərlər

Orphus sistemi