"Naxçıvan Sığorta"ya müddətsiz lisenziya verilib

"Naxçıvan Sığorta"ya müddətsiz lisenziya verilib Azərbaycan Mərkəzi Bankı “Naxçıvansığorta” ASC-yə sığorta fəaliyyətini həyata keçirməyə icazə verən SF-0004 nömrəli müddətsiz lisenziya verib.
Maliyyə
16 May , 2022 17:48
Naxçıvan Sığortaya müddətsiz lisenziya verilib

Azərbaycan Mərkəzi Bankı “Naxçıvansığorta” ASC-yə sığorta fəaliyyətini həyata keçirməyə icazə verən SF-0004 nömrəli müddətsiz lisenziya verib.

"Report" bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar mayın 13-də, "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub.

Xatırladaq ki, "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun nizamnamə kapitalı 6,416 milyon manatdır. Şirkətin səhmdarı 100% "Naxçıvan Bank" ASC-dir.

Son xəbərlər

Orphus sistemi