“Naxçıvan Sığorta” nizamnamə kapitalını 5% artırıb

Maliyyə
  • 17 dekabr, 2021
  • 10:22
“Naxçıvan Sığorta” nizamnamə kapitalını 5% artırıb

“Naxçıvan Sığorta” ASC nizamnamə kapitalını 316 625,1 manat və yaxud 5,2% artırıb.

"Report" xəbər verir ki, şirkət kapitalını 6 099 144,7 manatdan 6 415 769,8 manata çatdırıb.

Xatırladaq ki, "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun səhmdarı 100% "Naxçıvan Bank" ASC-dir.