“Naxçıvan Sığorta”nın xalis mənfəəti 4 dəfə artıb

“Naxçıvan Sığorta”nın xalis mənfəəti 4 dəfə artıb Şirkət 2020-ci ili 317 min manat xalis mənfəətlə başa vurub
Maliyyə
5 Aprel , 2021 20:38
“Naxçıvan Sığorta”nın xalis mənfəəti 4 dəfə artıb

“Naxçıvan Sığorta” ASC 2020-ci ili 317 min manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 3,9 dəfə çoxdur.

Ötən il “Naxçıvan Sığorta”nın gəlirləri 948 min manat (illik müqayisədə 3,25 dəfə çox), xərcləri 552 min manat (2,9 dəfə çox), mənfəət vergisi ödəmələri isə 79 min manat (3,9 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Naxçıvan Sığorta”nın aktivləri 7,979 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 29,3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3 dəfə artaraq 1,475 milyon manata, balans kapitalı 14,1 % artaraq 6,505 milyon manata, o cümlədən nizamnamə kapitalı 10,9 % artaraq 6,099 milyon manata çatıb.

Xatırladaq ki, "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun səhmdarı 100 % "Naxçıvan Bank" ASC-dir.

Son xəbərlər

Orphus sistemi