“Naxçıvan Sığorta”nın xalis mənfəəti 12 % artıb

Maliyyə
  • 17 mart, 2023
  • 05:23
“Naxçıvan Sığorta”nın xalis mənfəəti 12 % artıb

“Naxçıvan Sığorta” ASC 2022-ci ili 1,006 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 11,7 % çoxdur.

Ötən il “Naxçıvan Sığorta”nın gəlirləri 2,931 milyon manat (əvvəlki ilə nisbətən 28,6 % çox), xərcləri 1,674 milyon manat (45,2% çox), mənfəət vergisi ödəmələri isə 251 min manat (11,7 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Naxçıvan Sığorta”nın aktivləri 10,405 milyon manat olub ki, bu da illik müqayisədə 8,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 5,1 % azalaraq 2,064 milyon manata düşüb, balans kapitalı isə 12,6 % artaraq 8,34 milyon manata, o cümlədən nizamnamə kapitalı 9,1 % artaraq 7 milyon manata çatıb.

Xatırladaq ki, "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun səhmdarı 100% "Naxçıvan Bank" ASC-dir.

Son xəbərlər

Bütün Xəbər Lenti