Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsi təsdiq ediləcək

Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsi təsdiq ediləcək Bakı. 26 dekabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisi yeddinci sessiyanın çağırılması haqqında qərar qəbul edib.
Maliyyə
188
26 Dekabr , 2017 23:20
Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsi təsdiq ediləcək

Bakı. 26 dekabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisi yeddinci sessiyanın çağırılması haqqında qərar qəbul edib.

"Report"un məlumatına görə, bununla bağlı qərarı Ali Məclisinin sədri Vasif Talıbov imzalayıb.

Qərara əsasən, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasının müzakirəsinə 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, muxtar respublikanın 2018-ci il dövlət büdcəsinin təsdiq edilməsi, İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsinin təsdiq olunması, Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsinin təsdiq edilməsi, həmçinin muxtar respublikanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı daxildir. 

Son xəbərlər

Orphus sistemi