Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 2 %-ə yaxın artıb

Maliyyə
  • 24 oktyabr, 2022
  • 05:32
Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 2 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan MR-da əsas kapitala 885 milyon 535 min manat vəsait yönəldilib.

Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur. 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda isə əsas kapitala 10 milyard 154,4 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % çox vəsait yönəldilib. O cümlədən, son 1 ildə neft-qaz sektoruna investisiyalar 13,5 % azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 18,1 % artıb.

9 ay ərzində istifadə olunmuş vəsaitin 5 milyard 993,9 milyon manatı və yaxud 59 %-i məhsul istehsalı sahələrinə, 3 milyard 500,4 milyon manatı və yaxud 34,5 %-i xidmət sahələrinə, 660,1 milyon manatı və yaxud 6,5 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milayrd 665,6 milyon manatını və yaxud 75,5 %-ni daxili vəsaitlər təşkil edib, 7 milyard 359,8 milyon manatı və yaxud 72,5 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti