Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 1 %-dən artıb

Maliyyə
  • 24 fevral, 2022
  • 06:06
Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 1 %-dən artıb

Bu ilin yanvar ayında Naxçıvan MR-da bütün maliyyə mənbələrindən əsas kapitala 37,9 milyon manat vəsait yönəldilib.

Bu barədə “Report”a yerli Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.

Naxçıvanda aylıq investisiya qoyuluşunun 35,2 milyon manatı və yaxud 93 %-i tikinti-quraşdırma işlərinin payına düşüb.