Naxçıvan iqtisadiyyatı iki ayda 0,3 % böyüyüb

Naxçıvan iqtisadiyyatı iki ayda 0,3 % böyüyüb Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri 1,7 % artaraq 799,8 manat olub
Maliyyə
12 Mart , 2021 12:03
Naxçıvan iqtisadiyyatı iki ayda 0,3 % böyüyüb

Bu ilin yanvar-fevral aylarında Naxçıvan MR-də 369,178 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,3 % çoxdur.

Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri 1,7 % artaraq 799,8 manat olub.

Aylıq ÜDM-in 179,625 milyon manatlıq hissəsi sənaye məhsulu olub. Bu, illik müqayisədə 1 % çoxdur.

Hesabat dövründə bölgədə istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri isə 4,4 % artaraq 16,689 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi