Naxçıvan iqtisadiyyatı cüzi böyüyüb

Naxçıvan iqtisadiyyatı cüzi böyüyüb Bu ilin yanvar ayında Naxçıvan MR-də 175,822 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub
Maliyyə
12 Fevral , 2021 11:10
Naxçıvan iqtisadiyyatı cüzi böyüyüb

Bu ilin yanvar ayında Naxçıvan MR-də 175,822 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,3% çoxdur.

Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,2% artaraq 381 manat olub.

Aylıq ÜDM-in 95,609 milyon manatlıq hissəsi sənaye məhsulu olub. Bu, illik müqayisədə 0,9% çoxdur.

Hesabat dövründə bölgədə istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri isə 3,3% artaraq 9,04 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi