Naxçıvan iqtisadiyyatı 2 %-ə yaxın böyüyüb

Naxçıvan iqtisadiyyatı 2 %-ə yaxın böyüyüb Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında 674,4 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Maliyyə
16 İyul , 2024 10:17
Naxçıvan iqtisadiyyatı 2 %-ə yaxın böyüyüb

Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında 674,4 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə "Report"un yerli bürosuna yerli Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % çoxdur.

Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,1 % artaraq 1 438 manat olub.

Naxçıvanda 6 aylıq ÜDM istehsalının 255,6 milyon manatlıq hissəsi sənaye sektorunun payına düşüb. Bu, illik müqayisədə 3,9 % çoxdur.

Sənaye məhsulunun 229,1 milyon manatı malların, 26,5 milyon manatı isə xidmətlərin payına düşüb.

Bundan başqa, hesabat dövründə muxtar respublikada 1 il əvvələ nisbətən 0,2 % az - 132,2 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bunun da 42,8 milyon manatı bitkiçilik sahəsi üzrə, 89,4 milyon manatı isə heyvandarlıq sahəsi üzrə olub.

Son xəbərlər

Orphus sistemi